Adinezadə ailəsi: Oğlumuzun xüsusi təyinatlının öldürdüyünə əminik
Vəkil Xosrov Əlikərdi bildirib ki, “hərbi və polis qüvvələrinin ov tüfəngindən istifadə etdiyinə dair qəti və tutarlı dəlil olmadığını” iddia edən Xorasan Rəzəvi əyalətinin Hərbi prokurorluğu bu işi bağlayıb.
Eyni zamanda, Adinezadənin ailəsi yaydığı bəyanatda Əbülfəzlin qatilinin Məşhədin xüsusi təyinatlılarının əməkdaşı tam əminliklərini vurğulayıblar.
“Dəfələrlə Əbülfəzlin əbədiyyətə qovuşduğu yerin kameralarını bizə vermələrini xahiş etdik, amma bildiyimizə görə, kameralar ya xarab olub, ya da səhnəni çəkməyib”, - ailə bildirib.
Oğullarının ölümündən sonra Adinezadələr ailəsi də İranda digər iddiaçı ailələr kimi dəfələrlə təhlükəsizlik qüvvələrinin təzyiqlərinə məruz qalıb və çağırılaraq həbs olunub.
AzVision.az