Çempionat: İtaliya qalib oldu

Çempionat: İtaliya qalib oldu
  15 İyun 2014    Oxunub:1200
İtaliyanın futbol millisi Braziliyada keçirilən dünya çempionatının qrup mərhələsində İngiltərə yığmasını məğlub edib.
D qrupunun qarşılaşması italiyalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Klaudio Markizio italyanları 35-ci dəqiqədə hesabda irəli çıxarıb. Amma cəmi iki dəqiqə sonra Daniel Starric bərabərlik qolunu vurub. Birinci hissə 1:1 hesabı ilə başa çatıb.

İtaliya millisinə qələbəni 50-ci dəqiqədə Mario Balotellinin qolu gətirib.

İngilislər növbəti turda çempionata məğlubiyyətlə başlayan Uruqvay millisi ilə qarşılaşacaqlar. İtalyanlar isə sensasion qələbə ilə gündəmdə olan Kosta-Rika millisini sınağa çəkəcəklər./APA Tv/


Teqlər:  





Xəbər lenti