"Bunu Ermənistanın anti-Rusiya jesti kimi qiymətləndiririk" - Zaxarova
"İrəvanda bilməlidirlər ki, söhbət Rusiyaya aqressiv şəkildə qarşı çıxanlarla nümayişkaranə dilxoşluq etməkdən gedir. Və təəssüf ki, respublikanın hazırkı rəhbərliyi bir müddət əvvəl Ermənistanın sabitliyi və rifahının ən mühüm amili adlandırdığı müttəfiqlik münasibətlərimizi israrla qəsdən pozur",- deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Rusiyanın dəvət olunmadığı müvafiq beynəlxalq məsləhətləşmələr iyunun 24-də Kopenhagendə (Danimarka) və avqustun 5-6-da Ciddədə (Səudiyyə Ərəbistanı) baş tutub.
Ukraynada münaqişənin aradan qaldırılması yollarına həsr olunmuş milli təhlükəsizlik müşavirləri səviyyəsində sonuncu görüş oktyabrın 28-29-da Maltada keçirilib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: