Bu günün havası: yağış yağacaq
Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında iyunun 14-də gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 15-20, gündüz 30-35, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
AzVision.az