Quterreş HƏMAS-ın hərəkətlərinə haqq qazandırmaqla bağlı ittihamları rədd edib
“Dünən Təhlükəsizlik Şurasında verdiyim bəzi bəyanatların yanlış şərh edilməsi məni şoka saldı. Guya ki HƏMAS-ın İsraildəki terror aktlarına bəraət qazandırmışam. Bu, belə deyil. Bu, mənim mövqeyimin əksinədir”, - o jurnalistlərə deyib.
Xatırladaq ki, daha əvvəl İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan BMT baş katibini vəzifəsindən istefa verməyə çağırmışdı.
AzVision.az
Teqlər: