Gürcüstan prezidenti impiçmentlə üzləşə bilər

Gürcüstan prezidentinin administrasiyası avqustun 31-də Salome Zurabişvilinin Almaniyadan başlayaraq Avropaya səfərə gedəcəyini və oradakı liderlərlə görüşəcəyini açıqlayıb. Səfərdə məqsəd bu ilin dekabrında Gürcüstana Avropa İttifaqına üzvlüyə namizəd statusunun verilməsinə dəstək almaqdır.
Bunun qarşılığında hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə Avropa İttifaqına səfərini hökumətlə razılaşdırmadığına görə, prezident Salome Zurabişviliyə qarşı impiçment prosedurunun hazırlandığını açıqlayıb.
“Partiyanın siyasi şurasında piz prezidentin impiçmenti proseduruna başlamağı qərara aldıq", - Kobaxidze dyib.
“Gürcü arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze isə, Avropa ölkələrinə hökumətin razılığı olmadan səfərlər etməklə Zurabişvilinin ölkə Konstitusiyasını pozduğunu bildirib.
- Həmin səfərlərin razılaşdırılması barədə hökumətin tələbinə gəldikdə isə, bunun müəyyən səbəbləri var. Belə ki, prezidentin parlamentdəki son çıxışını hökumət, əslində, Gürcüstanın avrointeqrasiyasının əleyhinə yönəlmiş spiç kimi qiymətləndirib”, - Mdinaradze vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: