İranda daha bir siyasi fəal həbsxanada ölüb

“İSNA” xəbər agentliyi isə Cavad Ruhinin avqustun 30-dan 31-nə keçən gecə “spazm” səbəbilə həbsxanadan Novşəhrdəki Şəhid Beheşti xəstəxanasına köçürüldükdən sonra dünyasını dəyişdiyini bildirib.
Cavad Ruhinin ölümünün təfərrüatları məlum deyil, İranın dövlət xəbər agentlikləri isə hadisə barədə ətraflı məlumat verməyiblər. Hələlik sadəcə Ruhinin vəkili ailəsinə istinadən onun “Novşəhr həbsxanasında” öldüyünü təsdiqləyib.
SEPAH-a yaxın “Təsnim” xəbər agentliyi isə ölüm səbəblərinin araşdırılması və toksikoloji ekspertizalar üçün Ruhinin cəsədinin məhkəmə-patoloqa göndərildiyini, cəsədin yarıldığını və nümunələr götürüldüyünü açıqlayıb.
Bir nüddət əvvəl “Amnesty İnternational” təşkilatı öz hesabatında Cavad Ruhinin həbsdə ağır işgəncələrə məruz qalması barədə məlumat vermişdi. Hesabatda SEPAH agentləri tərəfindən onun dirəyə bağlanmış halda qamçı ilə döyülməsi və xayalarına buz qoyaraq cinsi istismara məruz qaldığı vurğulanırdı.
2022-ci ildə “Qadın, Həyat, Azadlıq”etirazları zamanı həbs edilmiş Cavad Ruhi üç dəfə ölüm cəzasına məhkum olunub. Daha sonra Ali Məhkəmədə bu qərar ləğv edilib.
AzVision.az