“Suriya hökuməti, xalqı və ordusu onlara qarşı qlobal terror müharibəsində qalib gəldi və indi Suriya ən yaxşı vəziyyətdədir. İran Suriyanın çətin günlərində bu ölkənin yanında olduğu kimi, yeni vəziyyətdə də Suriyanın və onun xalqının yanında olmağa davam edəcək. İran həmçinin terrorizmlə mübarizə prosesinin başa çatdırılmasında hələ də Suriyanın yanındadır”, - Abdullahiyan deyib.
Əmir Abdullahiyan İran-Səudiyyə Ərəbistanı əlaqələrinin inkişafının hər iki ölkə və bütün regionun xeyrinə olduğunu vurğulayaraq, Suriyanın Ərəb ölkələri liqasında üzvlüyünün və fəaliyyətinin bərpasından, Suriya-Ərəb dünyası əlaqələrinin güclənməsindən məmnunluğunu ifadə edib.
Suriya prezidenti Bəşər Əsəd isə İranın ərəb ölkələri ilə münasibətləri normallaşdırmasını alqışlayıb.
“İranı BRİKS qrupuna qoşulması münasibətilə təbrik edirik. Bu onu göstərir ki, dünya dəyişir. Amerikanın bölgədəki strategiyası, istər şiələr və sünnilər, istərsə də İran ərəbləri arasında ixtilaf salmaqla, region ölkələri və xalqları arasında gərginlik yaratmaq və böhranı qızışdırmaq üçün öz maraqlarını təmin etmək strategiyasıdır. İranın regionun ərəb ölkələri ilə əlaqələri gücləndirmək təşəbbüsü mühüm qərar və strateji addımdır”, - Əsəd deyib.
Görüşdə Suriyadakı hadisələr, Astana prosesi, Suriya ilə Ərəb liqası münasibətləri, Fələstində baş verənlər və digər maraq doğuran regional məsələlər ətrafında müzakirələr və mübadiləsi aparılıb.
AzVision.az