Peskov Qorbaçovu təriflədi
O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin Qorbaçovla münasibətləri dəstəkləyib.
"Mixail Sergeyeviç Qorbaçovun ölkəmizin tarixində qoyduğu mühüm izlər əbədi olaraq qalacaq", - Rusiya liderinin mətbuat katibi qeyd edib.
Qeyd edək ki, SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov 1931-ci il martın 2-də anadan olub. Siyasətçi ilk növbədə yenidənqurma ilə yadda qalıb. Qorbaçov 2022-ci ildə böyrək çatışmazlığından vəfat edib. Onun 91 yaşı olub və ömrünün son 10 ilində xəstəlikdən əziyyət çəkib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Qorbaçov