"İki ölkə arasında münasibətlərin və siyasi dialoqun yüksək səviyyədə olması müdafiə sahəsində daha sıx əməkdaşlıq üçün əlverişli şərait yaradır. İrəvanla Afina artıq müdafiə proqramları həyata keçirirlər.
Amma bu 2011-ci ildə Ermənistan Müdafiə Nazirliyi ilə Yunanıstanın Milli Müdafiə Nazirliyi arasında imzalanmış idarələrarası sazişə əsasən baş tuturdu. Xüsusilə, Yunanıstanın hərbi universitetlərində Ermənistandan olan hərbçilər hazırlanır, müdafiə texnologiyaları və hərbi tibb sahəsində əməkdaşlıq aparılır. 2004-cü ilin fevralından 34 erməni hərbçidən ibarət kontingent Kosovoda yunan bölməsinin tərkibində sülhməramlı missiya həyata keçirir", - nəşr yazıb.
Qeyd edilir ki, indi əməkdaşlığın statusu daha yüksək səviyyəyə - nazirliklərarası səviyyədən hökumətlərarası səviyyəyə qaldırılacaq. Bundan əlavə, sazişə hərbi-texniki əməkdaşlıq, o cümlədən üçüncü ölkələrdə istehsal olunan texnikanın təmiri ilə bağlı əlavə müddəalar daxil ediləcək.
Tural Tağıyev
AzVision.az