AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, ötən gün Rusiya sülhməramlılarının yük maşınları Ağdama doğru hərəkət etməyə çalışsa da, radikal ermənilər ona mane olublar.
"Qarabağ erməniləri Rusiya sülhməramlılarına məxsus yük maşınlarının Ağdama hərəkətinə mane olublar", - "Women for Democracy"nun rəhbəri Suzanna Simonyan Facebook-da insidentlə bağlı foto paylaşaraq yazıb.
Xatırladaq ki, iki gün öncə də bir qrup erməni Ağdam - Xankəndi yolunda
sülhməramlıların avtomobilinə hücum etmişdi. İnsidenti əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Tural Tağıyev
AzVision.az