Qabonun prezidenti istefa verdi |
Mətndə Musa Faki Mahamat milli ordu və təhlükəsizlik qüvvələrini Prezidentinin, onun ailə üzvlərinin, eləcə də hökumət üzvlərinin fiziki toxunulmazlığına zəmanət verməyə çağırış edib.
Qeyd edək ki, avqustun 30-da səhər saatlarında Qabonun yüksək rütbəli bir qrup zabiti “Qabon 24” əsas televiziya kanalı vasitəsilə prezident seçkilərinin nəticələrinin ləğvi və hökumət institutlarının buraxılması bəyanatı ilə çıxış edib.
Zabitlər hakimiyyəti öz əllərinə aldıqlarını və Müdafiə Nazirliyini, ölkənin silahlı qüvvələrini təmsil etdiklərini bildiriblər. Bunun fonunda paytaxt Librevildə atışma olduğu barədə xəbərlər yayılıb.
Hərbçilər çevrilişi avqustun 26-da keçirilmiş ümumi seçkilərə inamın olmaması ilə əlaqələndiriblər.
Bu açıqlama ölkənin Mərkəzi Seçki Komissiyasının Qabonun hazırkı prezidenti Əli ben Bonqo Ondimbanın 64 faiz səslə üçüncü müddətə yenidən seçildiyini elan etməsindən sonra verilib.
Qabonun hazırkı prezidentinin ailəsi 56 ildir hakimiyyətdədir. Hazırkı prezidentin atası El Hadj Omaar Bonqo Ondimba 1967-2009-cu illərdə dövlət başçısı vəzifəsində çalışıb.
Müxalifət seçkilərin nəticələrini tanımayıb və onların saxtalaşdırıldığını bəyan edib. Avqustun 27-də Qabon hakimiyyəti iğtişaşlar fonunda ölkədə interneti və bir sıra Fransa internet mediasının yayımını bağlayıb.
AzVision.az