Qusarda canavarlar hücuma keçdi - FOTO

Qusarda canavarlar hücuma keçdi - FOTO
  07 İyun 2014    Oxunub:1176
Ötən gün Qusarın Köhnə Xudatqazma kəndində canavarlar qoyun sürüsünə hücum edib.
AzVision.az ANS PRESS-ə istinadən xəbər verir ki, canavarlar Zahir Paşayevin otardığı qoyun sürüsünə cumub. Çobanın sözlərinə görə, sürüdə 109 qoyun olub.

Sürü kəndin kənarında otlayan zaman 3 canavar hücum edib. Nəticədə qoyunlar pərən-pərən olub. Çobanın sözlərinə görə, canavarlar 20-yə yaxın qoyunu parçalayaraq öldürüb. 10 heyvan isə yaralanıb.

Qusar rayon Bayratlıq İdarəsinin rəis müavini Seyfəddin Qazıyevin sözlərinə görə, qoyun cəsədləri toplanaraq dezinfeksiya olunub və yandırılıb.

Sakinlər tez-tez canavarların kəndə hücum etməsindən şikayətlənir. Onların sözlərinə görə, əhalidən ov silahları yığıldığı üçün sakinlər vəhşi heyvanlarla mübarizə apara bilmirlər.


Teqlər:  





Xəbər lenti