İranda 14 vilayəti toz basıb
Məlumata görə, iyulun 24-25-i 14 əyalət güclü külək, tozun artması və havanın keyfiyyətinin aşağı düşməsi səbəbindən sarı hava şəraiti altında olacaq. Bunlar Cənubi Xorasan, Şimali Xorasan, Rəzəvi Xorasan, Kirman, Sistan və Bəluçistan, Yəzd, Çaharməhal və Bəxtiyari, İsfahan, Səmnan, Qum, Mərkəzi, Tehran, Xuzistan və Buşəhr vilayətləridir. Meteorologiya təşkilatı bu əyalətlərdə tənəffüs yoluxucu xəstələrə, yaşlılara, uşaqlara və səhrada gəzintiyə çıxanlara lazımsız səyahətlərdən çəkinməyi tövsiyyə edib.
Şənbə günü incə toz axını və havanın çirklənməsinin pisləşməsi ilə əlaqədar olaraq, Mərkəzi Əyalət valiliyi bu vilayətin ofislərinin bağlandığını elan edib. Eyni zamanda, Qum əyalətinin fövqəladə işçi qrupu da bu əyalətdə iş vaxtını azaldıb.
AzVision.az