İranda abortların yalnız 1% “qanuni”dir

İranda abortların yalnız 1%  “qanuni”dir
  24 İyul 2023    Oxunub:878
İran cəmiyyətinin üzləşdiyi ciddi problemlərdən biri də gizli abortların sayının ildən-ilə artmasıdır.
AzVision.az İRNA agentliyinə istinadən xəbər verir ki, aborta qarşı “Nəfs” hökumət mərkəzi düşərgəsinin katibi Möhsün Zakiryan ölkədə hər gün 1000, ildə isə 300-500 min “qanunsuz” abort edildiyini söyıəyib. Zakiryanın sözlərinə görə, hər gün baş verən min abortdan yalnız 10-a yaxını “qanuni”dir.

İran parlamentinin təsdiq etdiyi qanuna görə, yalnız üç mütəxəssis həkimin qəti diaqnozu və məhkəmə-tibb həkiminin təsdiqi ilə bətndə olan dölün ananın həyatına ciddi təhlükə törətdiyi və ya abort edilməməsinin hər ikisinin ölümü ilə nəticələnəcəyi hallarda “müalicəvi” və ya “qanuni” əsas sayıla bilər. Bu vəziyyətdə ər və arvadın hər iksinin razılığı ilə dörd aydan əvvəl hamiləlik ərzində aborta icazə verilir. Bu çərçivədən kənar həyata keçirilən abort “cinayət abort” adlanır.

“Hazırda ölkədə edilən 350 min abortdan 95%-i məhkəmə tibbi lisenziyası olmayan cinayət abortlarıdır və Ali Mədəni şuranın 2010-cu illərin sonlarında apardığı araşdırmalara görə, cinayət abortlarının yalnız 7%- qeyri-qanuni abortlarla bağlıdır”, - Zakiryan deyib.
AzVision.az


Teqlər: İran   abortlar  





Xəbər lenti