AzVision.az xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan İtaliyanın “La Repubblica” nəşrinə açıqlamasında deyib.
"Mən şadam ki, bu qədər uzun zamandan sonra Ankara ilə yenidən dialoqa başladıq. Biz gələcəyə baxmaq, övladlarımıza necə bir bölgə qoyub getmək istədiyimizi anlamalıyıq. Biz müharibəyə deyil, regional tarazlığa və sülhə çalışmalıyıq", - Xaçaturyan qeyd edib.
Vaaqn Xaçaturyan iddia edib ki, ölkəsi regionda sabit və uzunmüddətli sülhün əldə olunmasına, eləcə də qonşuları ilə balanslaşdırılmış münasibətlərin qurulmasına sadiqdir.
Tural Tağıyev
AzVision.az