Sovet respublikalarının bayraqlarının olması niyə vacib idi?

   Sovet respublikalarının bayraqlarının olması niyə vacib idi?
  22 İyul 2023    Oxunub:1719
SSRİ zamanında hər bir respublikanın özünəməxsus bayrağı olub. Qeyd edilir ki, bunun səbəblərindən biri BMT-nin yeni yaradılmış mənzil-qərargahı qarşısında bayraq qaldırma mərasimi ilə bağlı olub. Belə ki, SSRİ ilə yanaşı, Ukrayna SSR və Belarusiya SSR də təşkilata üzv olarkən 3 eyni qırmızı bayrağın səmaya qaldırılması hər kəsi çaş-baş salıb.
1947-ci ilin əvvəlində SSRİ Ali Sovetinin Rəyasət Heyəti bütün respublikalara dövlət bayraqlarının hazırlanmasını tövsiyə edib. Belə ki, əsas qırmızı rəng, eləcə də oraq, çəkic və ulduzun qızılı təsviri saxlanılmaqla bayrağa milli rəng və ya ornament əlavə edilməli idi.

"Русская семёрка" nəşrinə görə, parçanın alt kənarı boyunca üfüqi mavi zolaq əlavə edərək bu tapşırığı ilk dəfə Ukrayna SSR yerinə yetirib. 1953-cü ilə qədər digər sovet respublikalarının da "milli" elementləri olan öz bayraqlarını hazırlamışdılar. Lakin Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR)

Tarixən Rusiyanın "milli rəngləri" ağ, mavi və qırmızı olub. Onların əsasında bir çox vətənpərvər plakatların müəllifi A. A. Kokorekin RSFSR üçün yeni dizayn təqdim edib. O, qırmızı parçanın aşağı kənarı boyunca iki zolaq əlavə etməyi təklif edib: ağ və mavi. Layihə RSFSR Ali Soveti tərəfindən təsdiq edilsə də, Nazirlər Soveti və SSRİ Ali Soveti onu rədd edib.

O vaxt bütün ölkədə "Leninqrad işi" (red - partiya elitasının nümayəndələrinə, Leninqraddan gələn mühacirlərə qarşı proses) qızışırdı. Onları dövlət çevrilişinə cəhddə və üçrəngli imperiya bayrağını RSFSR bayrağı etmək istəyində ittiham edirdilər.

Bütün respublikaların öz bayraqlarının olması fonunda RSFSR rəhbərliyinin qətiyyətsizliyi, yumşaq desək, qəribə görünürdü. Hətta “milli rənglərdən” uzaqlaşmaq cəhdi də var idi. Bir müddət paradlarda böyüdülmüş oraq, çəkic və ulduz və RSFSR yazısı olan qırmızı bayraq istifadə edildi. Lakin İttifaq Nazirlər Soveti bunu rədd edib: Belə ki, RSFSR-ın digər respublikalarla müqayisədə “hamı kimi olmaması" izahı edilib.

Yalnız Stalinin ölümündən sonra V.P.Viktorovun layihəsi hazırlanıb - bayraqda açıq mavi şaquli zolaq yüksəlir. 9 yanvar 1954-cü ildə təsdiq edilib. Bununla belə, Nizamnamə bu xüsusi dizaynın niyə seçildiyi izah edilməyib. Buna görə də mavi rəngin göyün və suyun rəngi ilə əlaqəsi olması daxil olmaqla müxtəlif fərziyələr irəli sürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti