Mövləvi Əbdülhəmid: “Ədalətin icrası ən əsas şərtdir”

  Mövləvi Əbdülhəmid:  “Ədalətin icrası ən əsas şərtdir”
  22 İyul 2023    Oxunub:1469
“Şura qərarlarının yerini şəxsi fərmanlar tutsa, diktatura yaranacaq”. İranın sünni lideri Mövləvi Əbdülhəmid cümə namazında etdiyi həftəlik çıxışında belə deyib.
AzVision.az xəbər verir ki, dəfələrlə İran hakimiyyətinin siyasətini tənqid edən Mövləvi Əbdülhəmid, “ədalət” yerini tutanda “İslam hökuməti”nin münasib olduğunu vurğulayıb.

“İran iqtisadiyyatı hazırda böhran içindədir və xalqın bütün təbəqələri bundan əziyyət çəkir. İranın problemlərinin kökü siyasidir və daxili və xarici siyasət dəyişməyincə İran iqtisadiyyatı böhrandan çıxmayacaq. Keçmiş təcrübə göstərir ki, hicab məsələsində məcburiyyət, insanların bizneslərini bağlamaq narazılıqları artıran və nəticəsiz siyasətdir. Effektiv həll yolu nəzakət və hikmət, qadınlara hörmət etmək, onların istəklərinə diqqət yetirmək və siyasi məhbusları, xüsusilə də qadınları azad etməkdir”, - Əbdülhəmid bildirib.

İranda kütləvi etirazlar başlayan andan hakimiyyəti dözümlü olmağa və köklü islahatların keçirilməsinə çağıran Mövləvi Əbdülhəmid qətiyyətli “iffət və hicab” qanunu kimi mürtəce layihələrin əleyhinə çıxır.
AzVision.az


Teqlər: Mövləvi   İran  





Xəbər lenti