Cənubi Koreyada prezidentin qayınanası saxlanılıb

   Cənubi Koreyada prezidentin qayınanası saxlanılıb
  22 İyul 2023    Oxunub:1343
Koreya Respublikasının hüquq-mühafizə orqanları ölkə prezidenti Yun Sok Yolun qayınanası Çxve In Sunu hesabdakı qalıq haqqında saxta bank sənədi hazırladığına görə saxlayıb.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Bu, məhkəmənin onun qanun pozuntusuna görə 2021-ci ildə birillik həbs cəzası ilə bağlı apellyasiya şikayətini təmin etməməsindən sonra baş verib. O zaman qadın həbs olunmamışdı.

Agentlik bildirib ki, hazırda 76 yaşlı qadın məhkəmədə özünü təqsirli bilməyib və şikayəti rədd edildikdən sonra huşunu itirib. Qadın 2013-cü ildə paytaxt Seulun cənubundakı Sonnam şəhərində torpaq sahələri almaq üçün istifadə etdiyi 34,7 milyard von (təxminən 27 milyon dollar) məbləğində depozit sertifikatını saxtalaşdırmaqda ittiham olunur. Apellyasiya Məhkəməsi bunu ağır cinayət hesab edib.


AzVision.az


Teqlər:





Xəbər lenti