Bu barədə adı açıqlanmayan mənbələrə istinadən Bloomberg agentliyi məlumat yayıb. Nazirin səfəri əvvəlcə iyulun sonlarına planlaşdırılmışdı. İki mənbəyə görə, xarici işlər nazirinin səfərini təxirə salmasına əsas səbəb Çin XİN rəhbərinin olmaması olub, üçüncü mənbə isə bunun təxirə salınmasının səbəblərindən biri olduğunu bildirib.
Agentlik bildirib ki, hər iki tərəf yüksək vəzifəli şəxslərin görüşü üçün alternativ tarixlər axtarmaqla məşğuldur. Britaniya Xarici İşlər Nazirliyi şərh verməkdən imtina edib.
AzVision.az