Çin iki peyki uğurla orbitə buraxıb

Çin iki peyki uğurla orbitə buraxıb
  22 İyul 2023    Oxunub:1378
Çinin “Galactic Energy” şirkəti şənbə günü iki kosmik peyki – “Qiankun-1” və “Taian”ı orbitə uğurla çıxarıb.
Bu barədə şirkət WeChat səhifəsində məlumat verib. Buraxılış Pekin vaxtı ilə saat 13:07-də (Bakı vaxtı ilə 09:07) ölkənin şimalındakı Tzyutsyuan kosmodromundan “Ceres-1” kommersiya daşıyıcı raketindən istifadə edilməklə həyata keçirilib.

“Qiankun-1” uzaqdan zondlama peyki ultra aşağı orbit üçün əsas irəliləyiş texnologiyalarını sınaqdan keçirmək və qabaqcıl aerokosmik platforma qurmaq üçün istifadə olunacaq. “Taian” kompüter texnologiyaları sahəsində yüksək texnologiyalı layihəni həyata keçirmək üçün nəzərdə tutulub.

“Ceres-1” bərk yanacaqla işləyən dörd pilləli yüngül sinifli, diametri 1,4 m olan raketdir, uzunluğu 19 m-ə çatır və aşağı Yer orbitinə 400 kq-a qədər faydalı yük çıxarmağa qadirdir. Onun sayəsində 12 təşkilat 21 kommersiya peyki buraxıb.

AzVision.az


Teqlər:





Xəbər lenti