XİN başçılarının görüşü olacaq

   XİN başçılarının görüşü olacaq
  21 İyul 2023    Oxunub:1189
Moskvada Rusiya, Azərbaycan və Ermənistanın xarici işləri nazirləri – Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş olacaq.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“Nazir A.Mirzoyan Moskvada keçiriləcək görüşdə iştirak edəcək. Digər təfərrüatlar barədə daha sonra məlumat veriləcək”, - o bildirib.

Qeyd edək ki, Azərbaycan, Ermənistan, və Rusiya xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli formatda sonuncu görüş mayın 19-da Moskvada baş tutub.

AzVision.az


Teqlər:





Xəbər lenti