İranda qadın aktrisaların vətəndaşlıq hüquqları tapdanır

İranda qadın aktrisaların vətəndaşlıq hüquqları tapdanır
  21 İyul 2023    Oxunub:1338
Son günlər İran məhkəmələrinin üç aktrisya qarşı çıxardıqları hökmlər ölkənin bir sıra təşkilatları tərəfindən etirazla qarşılanıb.
AzVision.az xəbər verir ki, İran Kino aktyorları assosiasiyasının rəhbəri Pejman Bazği sosial şəbəkələrdə yaydığı video-materialda üç aktrisa ilə bağlı məhkəmə hökmünün kino evinin üzvlərinin vətəndaşlıq hüquqlarını əlindən aldığını bildirib. Onun sözlərinə görə, hətta kinosevərlər də kino nümayişində “təzyiq” altındadırlar.

“Azadə Səmədi, Leyla Blukat və Əfsanə Bayqan barəsində çıxarılan hökmlər onları Kino evi üzvləri kimi minumum vətəndaşlıq hüququndan məhrum edib. Onların telefon, İnstagram, işləmək hüququ əllərindən alınıb. Mədəmiyyət nazirliyinin kinematoqrafçılara “daha çox dəstək” verəcəyi gözlənilir. Bizim nazirlik Rəhbərlik nazirliyidir və belə bir şey olanda özümüz heç nə edə bilmərik”, - Bazği deyib.

Bundan əvvəl Prodüserlər birliyi və İran Kino rejissorları assosiasiyası, digər iki kino assosiasiyası ilə birgə bəyanatda Azadə Səmədiyə verilən və onun psixoloji mərkəzlərə getməsi tələbini qoyan hökmü “kino adamlarının vicdanını təhqir etmək” adlandırmışdı.
Amma məhkəmə Leyla Blukat və Əfsanə Bayqan üçün də oxşar hökmlər çıxardı ki, bu dacəmiyyətdə geniş rezonans doğurub.

İctimai yerlərdə “şapkalı” görünmək ittihamı ilə mühakimə olunan bu aktrisalarla bağlı çıxarılan hökmlərdə onların fəaliyyətinə də qadağa qoyulub.
AzVision.az






Teqlər: İran   aktrisalar  





Xəbər lenti