Ərdoğan Fələstin və İsrail liderləri ilə görüşəcək

   Ərdoğan Fələstin və İsrail liderləri ilə görüşəcək
  20 İyul 2023    Oxunub:861
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 25-də Fələstin prezidenti Mahmud Abbası, iyulun 28-də isə İsrailin baş naziri Benyamin Netanyahunu qəbul edəcək.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Rabitə Nazirliyi məlumat yayıb. Ərdoğanın dəvəti ilə Türkiyəyə gələcək liderlərin aktual, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparacaqları bildirilib.

Fələstin prezidenti Mahmud Abbasın iyulun 25-də Türkiyəyə səfəri zamanı prezident Ərdoğanla rəsmi görüşlərdə Türkiyə-Fələstin münasibətləri, İsrail-Fələstin münaqişəsində son vəziyyət və digər aktual regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Türkiyə ilə Fələstin Dövləti arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılacaq addımlar da görüşün gündəmində olacaq.

İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşdə Türkiyə ilə İsrail arasında ikitərəfli münasibətlər bütün ölçüləri ilə nəzərdən keçiriləcək; əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti