"Daşnaksütyun" partiyasının üzvü Ermənistana buraxılmadı

   "Daşnaksütyun" partiyasının üzvü Ermənistana buraxılmadı
  20 İyul 2023    Oxunub:889
Niderland vətəndaşı, Ermənistanın "Daşnaksütyun" partiyasının üzvü Aslan Aslanyan Ermənistana buraxılmayıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Hayastan fraksiyasının deputatı Kristine Vardanyan sosial şəbəkələrdə məlumat verib.

“Zvartnots hava limanında pasportu əlindən alınıb vı onu saat gözləməyə məcbur ediblər. Bundan sonra Aslanyanın ölkəyə girişinin qadağan olunduğunu bildiriblər”, - deputat yazıb.

O qeyd edib ki, bu, ermənilərin ölkəyə girişinə qadağa qoyulması ilə bağlı ilk hal deyil. Deputat bildirib ki, bu kimi halların hamısına etiraz ediləcək və artıq dörd işə məhkəmələrdə baxılır.

Ötən il "Daşnaksütyun"un iki lideri (Murad Papazyan və Masis Abramyan), eləcə də partiyanın Niderlanddakı “Qaregin Njde” gənclər birliyinin üzvü Syune Abrahamyan Ermənistanda persona non-qrata elan edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti