"Qara dənizlə bağlı bəyanatlar yük daşımalarının bərpasını əngəlləyir" - BMT

   "Qara dənizlə bağlı bəyanatlar yük daşımalarının bərpasını əngəlləyir" -   BMT
  20 İyul 2023    Oxunub:1358
Ukrayna və Rusiyanın Qara dənizdəki təhlükəli zonalarla bağlı bəyanatları yük daşımalarının bərpası səylərini əngəlləyir.
AzVision.az xəbər verir ki, bunu brifinqdə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.

“Bütün bunlar bizi dəhlizləri bərpa etmək və lazım olan hər şeyi, yəni Ukrayna və Rusiya məhsulları və gübrələrini əldə etmək səylərimizdən uzaqlaşdırır”, o, bununla bağlı suala cavab verib.

Düjarrik əlavə edib ki, taxıl sövdələşməsinə qayıtmaq üçün həm sözdə, həm də əməldə heç bir eskalasiya olmadığına əmin olmaq lazımdır.

Qeyd edək ki, Rusiya taxıl sazişinə xitam verib. Bildilib ki, Qara dənizdə humanitar dəhliz məhdudlaşdırılır və iyulun 20-də Moskva vaxtı ilə saat 00:00-dan etibarən Ukrayna limanlarına gedən bütün gəmilər potensial hərbi yük daşıyıcıları hesab ediləcək. Öz növbəsində, Ukrayna Müdafiə Nazirliyi iyulun 21-dən etibarən Qara dənizdə Rusiya Federasiyasının limanlarına gedən bütün gəmilərin hərbi yük daşıyan, həmçinin Qara dənizin şimal-şərq hissəsi və Kerç boğazı ərazilərində gəmiçiliyin təhlükəli hesab ediləcəyini elan edib.

AzVision.az


Teqlər:





Xəbər lenti