İranın Millət İttihad partiyası məcburi hicab siyasətinin əleyhinədir

İranın Millət İttihad partiyası məcburi hicab siyasətinin əleyhinədir
  20 İyul 2023    Oxunub:1299
Millət İttihad partiyasının siyasi ofisi hökumətdən “məcburi hicab” siyasətindən əl çəkməyi və “yeni üsullu əxlaq patrulu”nun mövcudluğuna son qoymağı tələb edib.
AzVision.az “Emtedad” saytına istinadən xəbər verir ki, partiyanın iyulun 19-da keçirilən iclasında, “əxlaq patrulu və məcburi hicab”ın tətbiqi kimi planların həyata keçirilməsinin nəticələrinə görə məsuliyyətin ölkənin rəhbərlərinin və bu siyasətin icraçılarının üzərinə düşdüyü vurğulanıb.

“Qadın, Həyat, Azadlıq hərəkatı zamanı minlərlə İran vətəndaşı həlak olub, yaralanıb və həbsə atılıb. Görünür, gərginlik və böhran yaratmaq kölgəsində yenidən öz maraqlarını həyata keçirmək istəyən və cəmiyyəti daha da qəzəbləndirən radikal cərəyanların öz istəyi var”, - iclasda deyilib.

2015-cü ilin əvvəlində yaradılmış islahatçı yönümlü İran Millət İttihad partiyasının bəzi üzvüləri islahatlar hərəkatının tanınmış simalarındandır. İran hökumətinin məcburi hicab siyasətinə qarşı müvqeyini bu partiya ilk dəfə nümayiş etdirmir. Bir müddət əvvəl partiyanın baş katibi Azər Mənsuri də məcburi hicaba qarşı olduğunu açıqlayıb.
AzVision.az


Teqlər: İran   hicab  





Xəbər lenti