Moskva Tehrana “Suxoy Su-35” qırıcıları satmaq vədini yerinə yetirmir

Moskva Tehrana “Suxoy Su-35” qırıcıları satmaq vədini yerinə yetirmir
  20 İyul 2023    Oxunub:1144
Tehran dəfələrlə Rusiyadan “Suxoy Su-35” qırıcılarının alınması şərtini qosya da, İranın Müdafiə naziri bu qırıcıların alınması ilə bağlı müqavilənin iflasını dolayısı ilə təsdiqləyib.
AzVision.az xəbər verir ki, İranın Müdafiə və Silahlı qüvvələrə dəstək naziri Məhəmmədrza Aştiyani “Suxoy Su 35” qırıcı təyyarələrinin alınması ilə bağlı məsələyə aydınlıq gətirib.

“Bəzən almaq üçün görüş təyin edirik, amma belə qənaətə gəlirik ki, daxildə istehsal etmək qabiliyyəti bizim üçün yaradılıb. Vəziyyəti araşdırırıq və nə vaxtsa ehtiyac duysaq, bu işi təşkil və ya davam etdirə bilərik”, - Aştiyani deyib.

İranın Müdafiə naziri “Suxoy Su-35” alqı-satqısı işinin vəziyyəti ilə bağlı təfərrüatlara toxunmasa da, bu sözlərin Tehranla Moskva arasında mümkün razılaşma prosesində irəliləyişin olmadığını açıq şəkildə göstərir.

İstisna deyil ki, İranın hərbi komandalığının bu qırıcılara çıxışa böyük marağından ehtiyatlanan Moskva “Suxoy Su- 35” qırıcı təyyarələrinin Tehrana satışını nəzərdə tutan müqavilənin icrasını əngəlləyir.

Hazırda İran Hərbi Hava qüvvələrinin qırıcı təyyarələri nisbətən köhnəlib və onların əksər hissəsi Şah rejimi dövründə ABŞ-dan alınıb.

Ötən ayın əvvəlində İranın Hərbi Hava qüvvələrinin komandiri Həmid Vahidi Tehrana “Suxoy Su-35” təyyarələrinin lazım olduğunu, lakin onun İranın hərbi eskadrilyalarına nə vaxt daxil olacağını bilmədiyini vurğulamışdı.
AzVision.az


Teqlər: Rusiya   İran  





Xəbər lenti