Wall Street Journal: İraqın 14 bankı İrana görə ABŞ-nin sanksiyaları ilə üzləşib
“ABŞ əldə etdiyi məlumata əsasən, pulların yuyulmasında və sanksiyaya məruz qalan şəxslərə saxta pul köçürmələrində iştirak edən bəzi İraq banklarına qarşı tədbirlər görür. Uzun müddət İraqın bank sistemindən istifadə edən İran dollar qaçaqmalçılığı ilə məşğul olub və Amerika rəsmiləri dəfələrlə İraq hökumətinə İrana dollar köçürməsini dayandırması üçün xəbərdarlıq ediblər. İyirmi ildən artıqdır ki, İraqda dollar alqı-satqısı korrupsiya mənbəyinə çevrilib. Çünki bankirlər İranın dəstəklədiyi milislər və güclü İraq siyasətçiləri ilə əlbir şəkildə İrana ABŞ dollarına çıxış imkanı verirlər”, - məlumatda deyilir.
ABŞ rəsmiləri keçən ildən bəri dollar əməliyyatlarına daha yaxından baxmaq imkanının Xəzinədarlıq departamentinə şübhəli əməliyyatlarda iştirak edən 14 bankı müəyyənləşdirməyə yardımçı olduğunu vurğulayırlar. Xəzinədarlıq və Nyu-York Federal Ehtiyat bankı keçən payızda dollar əməliyyatlarını yoxlamağa başladıqdan sonra İraqın bank sistemi vasitəsilə saxta valyuta əməliyyatlarının sayı da azalıb.
Sanksiyalara məruz qalan 14 bank birlikdə İraqın ümumi bank aktivlərinin yalnız 1,29%-ni əhatələdiyi və bunun əslində İraq xalqının vəziyyətinə o qədər də təsir göstərməyəcəyi bildirilir.
AzVision.az