Əlirzabeygi: “əxlaq patrulu”nuiİmpiçmentdən qaçmağa çalışan DİN rəhbəri təklif edib
“İşin zahiri elə göstərilir ki, məsələn, indiki şəraitdə bizim prioritetimiz hicabdır, amma bu prioritet xalqın prioritetinə uyğun gəlmir. Çünki insanların prioriteti onların yaşayış şəraiti, yemək, geyim, mənzil və sairdir. İran rəsmisinin “hicab” və “əxlaq patrulu” məsələsindən sui-istifadə etməsi ilk dəfə deyil. Mahmud Əhmədinejadın prezidentliyi dövründə o vaxt polis qüvvələrinin komandiri “rəhbər patrulun arxasında gizlənirdi və səmada (red. - təyyarədə) Xarici İşlər nazirini dəyişən prezident polis qüvvələrinin komandirini dəyişə bilmədi”, - Əlirzabeygi deyib.
SEPAH-a yaxın olan “Təsnim” agentliyi hökumətdəki bəzi şəxslərin çağırışından bir müddət sonra İbrahim Rəisinin əmri ilə bu patrulların yenidən fəaliyyətə başlaması barədə xəbər yayıb.
Məhsa Əminin ölümünün ildönümünə iki ay qaldığı bir vaxtda şəhərlərin müxtəlif ərazilərində qadınlarla məşğul olmaq üçün avtomobil və piyada “əxlaq patrulları”nın yerləşdirilməsi həyata keçirilib. Bu isə məhz “əxlaq patrulu”nun qeyri-insani davraışı nəticəsində dünyasını dəyişən Məhsa Əmininin xatirəsini təhqir etmək anlamına gəlir.
AzVision.az
Teqlər: İran Əlirzabeygi