Paşinyan: “Brüsseldə dəhlizlə bağlı heç bir nəticə əldə olunmadı”

      Paşinyan:    “Brüsseldə dəhlizlə bağlı heç bir nəticə əldə olunmadı”
  20 İyul 2023    Oxunub:962
Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanın Brüsseldəki görüşü Laçın dəhlizinin açılması məsələsində nəticə verməyib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

İlham Əliyev Şarl Mişellə görüşüb FOTOLAR+VİDEO YENİLƏNİB
“Təəssüf ki bu görüş dəhlizin açılması məsələsində heç bir konkret nəticə vermədi”, - o qeyd edib.

Bir neçə aydır "sülh"dən dəm vuran Ermənistan rəhbəri Azərbaycan əraziləri ilə bağlı beynəlxalq aləmdə təxribat xarakterli addımlar atacağını da gizlətməyib. O qeyd edib ki, "Hazırda əsas vəzifə diplomatik vasitələrin köməyi ilə media və sosial şəbəkələrdə yartanmış vəziyyətin obyektiv təqdimatını aparmaq, Qarabağdakı "humanitar böhrana" maksimum beynəlxalq diqqəti cəlb etməkdir".

Xatırladaq ki, üçtərəfli görüş iyulun 15-də keçirilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan  





Xəbər lenti