London İranı öz davranışlarını dəyişməyə çağırıb
“Biz İrana qarşı sərt və möhkəm mövqe tutmuşuq. Bizim hərəkətlərimiz onların davranışlarına cavabdır. Bu onların xoşuna gəlmirsə, davranışlarını dəyişə bilərlər və bunu etməlidirlər də. İran son 18 ayda Britaniyaya qarşı onlarla düşmənçilik fəaliyyətinin arxasında dayanıb. Britaniya təhlükəsizlik qüvvələri İran agentlərinin bu ölkədə ən azı 15 “insan oğurluğu” cəhdinin qarşısını alıb. Biz Böyük Britaniya daxilində çox, çox yüksək səviyyəli hücum hədəfiyik”, - Kleverli deyib.
İki həftə əvvəl Böyük Britaniyanın Xarici İşlər nazirliyi İran hökumətinin Britaniya ərazisində “təxribat” adlandırdığı hərəkətlərə cavab olaraq İran rəsmilərinə qarşı sanksiya tətbiq etmək üçün yeni planları təsdiqləyib.
Londonun İranı cəzalandırmaq üzrə hərəkətlərinin əhatəsini genişləndirən yeni planlar Böyük Britaniyanın İrana qarşı tətbiq etdiyi sanksiyalar siyahısına, Yaxın Şərqdə sülh və sabitliyi pozmağa cəhd, Rusiyaya hərbi silah satmaq və ixrac kimi ittihamları da əlavə edib.
AzVision.az