Puran Nazimi: Sepidə Qalianın “açıq” məhkəməsi hökumətin şousu idi

 Puran Nazimi:  Sepidə Qalianın “açıq” məhkəməsi hökumətin şousu idi
  20 İyul 2023    Oxunub:964
Sepidə Qalianın “məhkəmə” prosesinə məcburi hicab qaydalarına uyğun geyimdə gəlmədiyi bəhanəsinə əsasən hakimiyyətin açıq şəkildə keçiriləcəyi bildirilən məhkəməni ləgv etdiyi barədə xəbər vermişdik. Bəzi iranlı fəallar isə, əslində “açıq məhkəmə” prosesini hakimiyyətin hiyləgər manevri kimi qiymətləndirirlər.
AzVision.az xəbər verir ki, siyasi fəal, keçmiş siyasi məhbus Puran Nazimi “RadioFərda-ya müsahibəsində Sepidə Qalianın “cəsarəti” və məhkəmədə məcburi hicabdan imtina etməsi səbəbindən onun “açıq məhkəmə”sinin ləğvinin hakimiyyətin “hiyləsi”ni ortaya çıxardığnı bildirib.

“Sepidə məhkəməyə hicabla gəlsəydi, bu, hakimiyyətin qələbəsi sayılardı, hətta biz onların azad media və ya vəkillərin iştirakına icazə verəcəyinə şübhə edirdik. Amma bu, igid və əziz Sepidəmizin başına gələn hökumətin növbəti şousu idi. Bu məhkəmənin təşkilatçıları Sepideh Qalianın İslam respublikasının təsdiq etdiyi paltarda məhkəməyə gəlməyəcəyini artıq bilirdilər. İranda yaşayan və məsələləri uzaqdan araşdıran insanlar Sepidənin bu davranışının istibdad və zülmə yox deməyin bir forması olduğunu dərk edirlər. Əgər bu məsələdən bir addım geri çəkilsəydi, bir neçə yüz şəhid qadının qanına, həyatına, azadlığına xəyanət etmiş olardı”, - Nazimi müsahibəsində bildirib.

Qeyd edək ki, hökumətə bağlı media resursları siyasi məhbus Sepidə Qalianın açıq keçirilməsi nəzərdə tutulan məhkəməsinin, onun məhkəməyə məcburi hicabda gəlməkdən “imtina etdiyi” üçün ləğv olunduğu barədə xəbərlər yayırlar.



Teqlər: Sepidə   İran  





Xəbər lenti