Rusiyanın 35 təşkilatına qarşı yeni sanksiyalar tətbiq edilib

Rusiyanın    35 təşkilatına    qarşı yeni sanksiyalar tətbiq edilib
  20 İyul 2023    Oxunub:1193
Avstraliya hökuməti 35 rus təşkilatı və bir neçə Rusiya ilə Belarus vətəndaşına qarşı yeni sanksiyalar tətbiq edir. AzVision.az xəbər verir ki, bunu xarici işlər naziri Penni Vonq deyib.
"Müdafiə, texnologiya və enerji sektorunda fəaliyyət göstərən 35 müəssisəyə, 10 Rusiya və Belarus vətəndaşına qarşı sanksiyalar tətbiq edilir. Beynəlxalq tərəfdaşlarımızla sıx koordinasiya əsasında qəbul edilən bu qərar Rusiyanın Ukraynaya müdaxiləsini birbaşa və ya dolayısı ilə dəstəkləyən vətəndaşlara maksimum təzyiq göstərməlidir", - Vonq deyib.

Avstraliyalı nazir “Rusiya üçün böyük iqtisadi və strateji əhəmiyyətə malik” müəssisələrin də sanksiyalara məruz qaldığını vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Sanksiya  





Xəbər lenti