Rişi Sunakın reytinqi 25 faizə endi
Respondentlərin 65 faizi Rişi Sunakın fəaliyyətindən narazı qaldığını bildirib. Mühafizəkarlar partiyasının tərəfdarlar arasında onun fəaliyyətini bəyənənlərin sayı 47 faiz, əksini düşünənlər isə 45 faiz təşkil edib. İyun ayında bu göstəricilər müvafiq olaraq 51 faiz və 40 faiz idi.
Son sorğu iyulun 13-14-də 2151 Britaniya vətəndaşı arasında keçirilib.
Xatırladaq ki, Rişi Sunak Böyük Britaniyanın Baş naziri vəzifəsinin icrasına 2022-ci il oktyabr ayının sonunda başlayıb.
AzVision.az
Teqlər: