“Qarabağ Gömrük İttifaqına girə bilməz” – Erməni spiker

 “Qarabağ Gömrük İttifaqına girə bilməz” – Erməni spiker
  03 İyun 2014    Oxunub:2565
Ermənistan parlamentinin spikeri Qalust Saakyan bu günkü çıxışında Dağlıq Qarabağla Ermənistanın birləşdirilməsini nəzərdə tutan “miatsum” hərəkatının iflası barədə acı etiraflar edib.
Bununla da o, keçən həftə Serj Sarkisyanın Astanada etdiyi bəyanata dəstək verib.

Keçən həftə Serj Sarkisyan hakim Respublika Partiyasının gənclər qanadı ilə görüşündə demişdi: “Sizə kim demişdi ki, biz Gömrük İtifaqına Qarabağla birlikdə giririk? Belə şey olmayıb və ola bilməz, ən azından bizim qanunvericiliyimizə görə, bizim təsəvvürlərimizə görə, Qarabağ bu gün Ermənistanın tərkib hissəsi deyil”.

Spiker Qalust Saakyan isə bu gün parlamentdə etdiyi çıxışında erməni prezidentinin sözlərini təsdiq edib: “Əlbəttə, Dağlıq Qarabağ Gömrük İttifaqına girə bilməz, çünki hüquqi baxımdan tanınmamış "dövlətdir”.(Ans)


Teqlər:





Xəbər lenti