Polis uşaqları müdafiə edən millət vəkilini boğdu - FOTO

Polis uşaqları müdafiə edən millət vəkilini boğdu - FOTO
  02 İyun 2014    Oxunub:1018
Türkiyənin Adana şəhərində Gezi hadisələrinin ildönümü ilə bağlı keçirilən etiraz aksiyaları polisin millət vəkilinin boğazına sarılması ilə yadda qaldı.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, belə ki, Atatürk parkındakı nümayiş zamanı aralarında qadın və uşaqların da olduğu bir qrup fəal mahnı oxumağa başlayıb. Polis nümayişçilərə müdaxilə edib və onları nəzarət altına alıb.

Vətəndaş-polis qarşıdurmasını görən ana müxalifət partiyası CHP-nin millət vəkili Turgay Develi məsələyə müdaxilə edincə, polis onun boğazına sarılıb.

Asayış keşikçisinin millət vəkilini boğmaq istədiyi an fotoda öz əksini tapıb.


Teqlər:  





Xəbər lenti