İranın hərbi nümayəndə heyəti Kabilə gedib
Həmçinin, İslam şurasının sədri Məhəmməd Baqir Qalibaf da, öz müsahibəsində iki ölkənin qonşuluğunun uzun tarixinin bir hissəsi kimi Gilmənd müqaviləsinin toxunulmazlığını və Əfqanıstanın ikitərəfli münasibətlərdə ciddi problemlərin qarşısını almalı olduğunu söyləyib.
Qeyd edək ki, keçən həftə Sistan və Bəluçistana səfərindən sonra İranın prezidenti İbrahim Rəisi bu əyalətdə kənd təsərrüfatı üçün narahatlıq doğuran su problemi barədə Talibana “ciddi xəbərdarlıq” edərək, onlardan İranın Gilmənd çayı ilə bağlı iddiasını həyata keçirmələri tələbini irəli sürüb.
Bundan bir neçə gün sonra isə, Talibanın iddialı komandirlərindən sayılan general Mübin İbrahim Rəisinin “xəbərdarlığına” cavab olaraq kinayə ilə “İran prezidentinə hədiyyə” kimi çaydan bir qallon su götürməklə Talibanın İranın təhdidlərindən qorxmadığını bildirib.
AzVision.az
Teqlər: İran Əfqanıstan