Rusiya Ermənistandan aldığı pulu qaytaracaqmı?

   Rusiya Ermənistandan aldığı pulu qaytaracaqmı?
  22 May 2023    Oxunub:1091
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyaya ödədiyi silah pulunun geri qaytarılıb və ya qaytarılmayacağı ilə bağlı suala cavab vermək istəməyib.
Paşinyan bildirib ki, bu məsələ üzərində iş gedir və bəzi nüansları açıqlaya bilməz.
"Rusiya pulunu ödədiyimiz silahları vermədi" - Səfəryan


Qeyd edək ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu yaxınlarda müsahibəsində Rusiyanın pulunu aldığı və satmalı olduğu silahları vermədiyini ilk dəfə rəsmi olaraq bəyan edib. Bir neçə gün sonra xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan Qriqoryanın dediklərini təsdiqləyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Paşinyan  





Xəbər lenti