Paşinyan əsir hərbçilərimizin ekstradisiyasından danışdı: "Müzakirəyə hazırıq"

   Paşinyan əsir hərbçilərimizin ekstradisiyasından danışdı:    "Müzakirəyə hazırıq"
  22 May 2023    Oxunub:1227
“Ermənistan iki Azərbaycan əsgərinin ekstradisiyasını müzakirə etməyə hazırdır".
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu proses birtərəfli ola bilməz.

Qeyd edək ki, bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunurlar, onlar həbs edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti