Qalmaqallı rus aktyoru axtarışa verildi

   Qalmaqallı rus aktyoru axtarışa verildi
  22 May 2023    Oxunub:1793
Məşhur rus aktyoru Aleksey Panin federal axtarışa verilib. Bu barədə “İnterfaks” Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilir ki, aktyorun məlumatlarının əks olunduğu müvafiq kart nazirliyin axtarış siyahısına salınıb. Panin Cinayət Məcəlləsinin maddəsi ilə axtarılır. Rusiya KİV-lərinin məlumatına görə, Aleksey Rusiyanı çoxdan tərk edib və qızı ilə birgə İspaniyaya yerləşib.

Qeyd edək ki, Panin "Ulduz", "Jmurki" filmləri, "Əsgərlər" serialı ilə tanınan rus teatr və kino aktyorudur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Aktyor  





Xəbər lenti