"Azərbaycanla sülhdə anlaşma formalaşır" - Paşinyan

   "Azərbaycanla sülhdə anlaşma formalaşır" -    Paşinyan
  22 May 2023    Oxunub:1211
"Görünən odur ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin mümkünliyi ilə bağlı anlaşma formalaşır". AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Moskvada mayın 25-nə planlaşdırılmış görüşdə sülh razılaşmasının əldə edilməsi ehtimalı azdır, lakin kommunikasiyaların bloklanması ilə bağlı müzakirələr davam etdirilir.
"Azərbaycanın 86,6 min kv.km ərazisinə Qarabağ da daxildir" - Paşinyan


"Azərbaycan cavabını bu həftə verərsə, onu təhlil etmək üçün bir neçə gün kifayət edəcək. Əgər yanaşmalar məqbuldursa... onda niyə də olmasın. Amma hələ ki, cavab almamışıq", - Paşinyan deyib.

Onun sözlərinə görə, Vaşinqtonda keçirilən danışıqlarda müəyyən məqamlarda tərəflər öz narahatlıqlarını və bir-birinə etimadsızlıq səbəblərini açıq şəkildə çatdıraraq birbaşa ünsiyyət qurmağa başlayıblar. Söhbətlər qarşılıqlı anhlaşma əsasında aparılıb",- o əlavə edib.

Sülhə təminata gəlincə Paşinyan bildirib ki, "tərəflərarası anlaşmada müəyyən irəliləyişlər sezilir".

"Belə bir mürəkkəb regionda bu cür çətin rolu boynuna götürmək böyük məsuliyyət və risk tələb edir. Bu baxımdan heç də hamı buna qol qoymaq istəmir. Ancaq beynəlxalq ictimaiyyət tərəflərin davamlı sülhə nail olmaq istəyindən əmin olarsa, əksər ölkə və təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası bunu nəinki istəyəcək, hətta razılaşacaq... Sadəcə, apardığım müzakirələrlə bağlı təəssüratlarımı bölüşürəm və Azərbaycan adından danışa bilmərəm", - baş nazir deyib.

Xatırladaq ki, mayın 19-da Moskvada Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü olub. Ermənistan Xarici İşlər Nazirliyinin bu görüşdən sonra verdiyi məlumata görə, “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində iş davam etdirilib. Tərəflər razılaşdırılmamış məsələlər ətrafında konstruktiv fikir mübadiləsi aparıb. Müzakirənin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.

"Paşinyan, kişi ol!"

"Ölkəmizi daha acınacaqlı gələcək gözləyir" - Ter-Petrosyan

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Paşinyan  





Xəbər lenti