Avstriya Qərblə Rusiya arasında dialoqun tərəfdarıdır

Avstriya Qərblə Rusiya arasında dialoqun tərəfdarıdır
  22 May 2023    Oxunub:1057
Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Almaniyanın “Welt” qəzetinə müsahibəsində deyib ki, Qərb, xüsusən də ABŞ Vyana kimi Rusiya Federasiyası ilə dialoqu davam etdirməlidir.
Onun sözlərinə görə, Qərb dövlətlərinin qlobal məsuliyyəti var və Rusiya xəritədən itməyib. Şallenberq xatırladıb ki, Rusiya Federasiyası Avropa İttifaqının ən böyük coğrafi qonşusu və planetin ən böyük nüvə dövlətidir.

"Bundan əlavə, bu ölkənin nümayəndələri çoxsaylı beynəlxalq təşkilatlarda danışıqlar masası arxasında əyləşirlər. Xüsusən də Rusiya qlobal iqlim və ekoloji məqsədlərin həyata keçirilməsində mühüm oyunçudur".

Eyni zamanda o, bəyan edib ki, siyasi liderlərin hərbi cinayətlərə və təcavüzə görə məsuliyyət daşıdığını açıq şəkildə ifadə etmək lazımdır.

AzVision.az


Teqlər:





Xəbər lenti