“Hizbullah”ın təlimində İsrailə hücum imitasiyası

    “Hizbullah”ın təlimində İsrailə hücum imitasiyası
  22 May 2023    Oxunub:1444
Livanın İran tərəfindən dəstəklənən “Hizbullah” qruplaşması dünən son illərin ən böyük hərbi təlimini keçirərək İsrailə qarşı pilotsuz təyyarə hücumunu imitasiya edib.
AzVision.az bildirir ki, bununla bağlı Fransanın AFP xəbər agentliyinin yaydığı xəbərdə “Hizbullah”ın İsraili açıq-aşkar hədələdiyi qeyd olunur.

“Livanın Hizbullah qruplaşmasının iki yüzə yaxın üzvü mayın 21-də İsrail sərhədindən 20 kilometr aralıda yerləşən Armati bölgəsində keçirilən təlimdə iştirak edib. Bu təlim İsrailin 2000-ci il mayın 25-də Livandan çıxarılmasının ildönümü münasibətilə keçirilib və orada döyüş sursatlarından istifadə edilib. Təlimi işıqlandırmaq üçün onlarla jurnalist də dəvət olunub. “Hizbullah”ın yüksək rütbəli rəsmilərindən biri olan Haşim Safiəddin bu təlim zamanı - “İsraildəki bəzi insanlar axmaq olsalar, Hizbullah dəqiq raketləri və sərəncamında olan bütün silahlarla İsrailə hücum edəcək” - deyə İsraili hədələyib” - məlumatda vurğulanır.

Zenit silahlarının, partlayıcı maddələrin və çoxsaylı reaktiv yaylım atəşi qurğularının nümayiş etdirildiyi bu təlimə İsrail hələ ki, reaksiya verməyib.

AzVision.az


Teqlər: Hizbullah   İsrail  





Xəbər lenti