İran hakimiyyəti vəkillərə təzyiqləri gücləndirir
![İran hakimiyyəti vəkillərə təzyiqləri gücləndirir İran hakimiyyəti vəkillərə təzyiqləri gücləndirir](https://azvision.az/photos/2023/05/ADV-1684739269.jpg)
Bununla bağlı öz Tvitter səhifəsində məlumat verən vəkil Şima Quşe Vəkillər Kollegiyasının laqeydliyini də tənqid edib.
“İranın hər yerindən Tehranın Təhlükəsizlik prokurorluğuna çağırılan vəkillərlə birlikdə müstəqil vəkil institutunun kiçik bir üzvü kimi prokurorluğun qarşısında onları müşayət etmək üçün gözlədim. Buşəhr vilayəti vəkillər kollegiyasının idarə heyətinin üzvü Hadi Müqəddəs istisna olmaqla, vəkillər kollegiyasının idarə heyətinin üzvlərindən heç biri çağırılan vəkilləri Tehran Təhlükəsizlik prokurorluğuna gələrkən dəstəkləməyə yaxud onları müşayiət etməyə belə gəlməyib” - Quşe yazıb.
Qeyd edək ki, “Etemad” qəzeti bir həftə əvvəl İranın paytaxtından və digər şəhərlərindən “ən azı 20 vəkilin Tehran Prokurorluğunun təhlükəsizlik şöbələrinə çağırıldığını elan etsə də, Mərkəzi vəkillər kollegiyasının Dəstək komissiyasının katibi bir həftə ərzində çağırılan vəkillərin sayının 70-ə çatdıqını bidirib.
AzVision.az