Cənubi Koreya və Almaniya hərbi pakt imzalayacaq
Görüşdən sonra keçirilən mətbuat konfransında Prezident Yun Sok Yol deyib: “Biz razılaşdıq ki, iki ölkənin müdafiə və silahlar sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir”.
Tərəflərin, həmçinin hidrogen, yarımkeçiricilər, bio və yaşıl enerji kimi qabaqcıl sənaye sahələri üzrə güclü ticarət və investisiya əlaqələrini genişləndirmək barədə razılığa gəldiyini deyən Cənubi Koreya lideri əlavə edib ki, dünya iqtisadiyyatdakı qeyri-sabitlik, geosiyasi münaqişələr, qlobal tədarük zəncirinin yenilənməsi ilə üz-üzə olarkən, Seul və Berlin tədarük zənciri üzrə əməkdaşlığı dərinləşdirəcək.
Qeyd edək ki, bu, Almaniya kanslerinin son 30 ildə Cənubi Koreyaya ilk rəsmi səfəridir.
AzVision.az
Teqlər: