Ukrayna Prezident Ofisi Baxmutun işğalını təkzib etdi - YENİLƏNİB

   Ukrayna Prezident Ofisi Baxmutun işğalını təkzib etdi -  YENİLƏNİB
  21 May 2023    Oxunub:2433
Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov Baxmutun Rusiya tərəfindən ələ keçirilməsi ilə bağlı mətbuatda yayılan məlumatı təkzib edib. O bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski Baxmutun itirilməsini inkar edib.
"Reutersin müxbiri sual verib:
- Ruslar Baxmutu ələ keçirdiklərini deyirlər.
Prezidentin cavabı:
-Fikirləşirəm ki, yox.
Beləliklə, prezident Baxmutun tutulmasını inkar edir”, - Nikiforov Facebookda yazıb.
***
Ukrayna prezidenti Vladimir Zelenski G7-nin Xirosimada keçirilən sammitində Donetsk vilayətinin Baxmut şəhərinin Rusiya tərəfindən ələ keçirildiyini etiraf edib.

“Reuters” xəbər verir ki, şəhərin Ukrayna qüvvələrinin nəzarətində olub-olmaması sualına Zelenski :“Düşünürəm ki, yox. Bu gün Baxmut ancaq bizim qəlbimizdədir”, - deyə cavab verib.
Zelenski Baydenlə görüşdü

Sky News-un məlumatına görə, dövlət başçısı Baxmutun məhv edildiyini, "şəhərdən heç nə qalmadığını" qeyd edib.

Xatırladaq ki, ötən gün Yevgeni Priqojının başçılıq etdiyi "Vaqner" özəl hərbi şirkəti, daha sonra isə Rusiya Müdafiə Nazirliyi Ukraynanın Baxmut şəhərini ələ keçirdiyini açıqlamışdı.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Baxmut   Ukrayna  





Xəbər lenti