Avstraliya, Hindistan, Yaponiya və ABŞ Ukraynadakı vəziyyətdən narahatdırlar

Avstraliya, Hindistan, Yaponiya və ABŞ Ukraynadakı vəziyyətdən narahatdırlar
  20 May 2023    Oxunub:1380
Avstraliya, Hindistan, Yaponiya və ABŞ Ukraynadakı vəziyyətdən narahatdır
Təhlükəsizlik üzrə dördtərəfli dialoq (QUAD) qrupuna daxil olan Yaponiya, ABŞ, Avstraliya və Hindistan Ukraynadakı vəziyyətdən narahat olduqlarını bildiriblər və mübahisələrin sülh yolu ilə həllinin tərəfdarı olublar.
AzVision.az xəbər verir ki, bu barədə qrupun bəyanatında deyilir.

Qeyd olunub ki, hər dörd ölkə beynəlxalq hüquqa hörmət, mübahisələrin sülh yolu ilə həlli və BMT Nizamnaməsinin prinsiplərinə, o cümlədən bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmətin tərəfdarıdır.

Bəyanatda qeyd olunub ki, dialoq nümayəndələri münaqişənin qlobal iqtisadi sistemə, eləcə də ərzaq, yanacaq və enerji təhlükəsizliyinə ciddi təsirini etiraf ediblər.

AzVision.az



Teqlər: G7   Ukrayna  





Xəbər lenti