Ukrayna ordusu Baxmutun müdafiəsini davam etdirir

Ukrayna ordusu Baxmutun müdafiəsini davam etdirir
  20 May 2023    Oxunub:1828
Ukrayna Silahlı Qüvvələri Baxmutdakı Litak bölgəsində müdafiəni davam etdirir.
AzVision.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Anna Malyar teleqramda bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri ərazidəki bəzi sənaye və infrastruktur obyektlərinə nəzarət edir.

"Baxmutda ağır döyüşlər gedir. Vəziyyət kritikdir. Eyni zamanda qoşunlarımız Litak bölgəsində nəzarəti saxlayır", - Malyar qeyd edib.

AzVision.az



Teqlər: Ukrayna   Baxmut  





Xəbər lenti