İranlı din xadimi: “Narkotik adıyla olan son edamlar siyasi məqsəd güdür”

      İranlı din xadimi:    “Narkotik adıyla olan son edamlar siyasi məqsəd güdür”
  20 May 2023    Oxunub:1172
“İndiyədək narkotiklərə görə icra edilən edamların heç bir nəticəsi olmayıb”.
AzVision.az “Azad İran” “Telegram” kanalına istnadən xəbər verir ki, bu sözləri İranın Zahidan şəhərinin sünni cümə imamı Mövləvi Əbdülhəmid deyib.

Din xadimi həyata keçirilən son edamlarla bağlı açıqlama verib.

“Guya narkotik maddələrlə mübarizə adı ilə həyata keçirilən son edamlar əslində siyasi xarakter daşıyır. Çünki inqilabın əvvəlindən indiyədək narkotiklərə görə icra edilən edamların heç bir nəticəsi olmayıb”, - deyə o qeyd edib.

AzVision.az



Teqlər: İran   Edam  





Xəbər lenti